Aİ vaksinlərin yenilənməsini xahiş edirbackend

vaksinlərin yenilənməsini xahiş edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) səhiyyə qurumları COVID-19-a qarşı hazırlanmış vaksinlərin yeni variantlara uyğun olaraq yenilənməsini tələb edib.

NOCOMMENT.az xəbər verir ki, Avropa Dərman Agentliyi (EMA) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) birgə bəyanat yayaraq, indiyə qədər təsdiqlənmiş peyvəndlərin xəstəxanaya yerləşdirmə, ağır xəstəlik və ölüm hallarının böyük ölçüdə qarşısını aldığını, lakin yeni variantlar buraxıldıqca qorunmanın azaldığını xatırladıb.

Avropada və dünyanın bir çox yerlərində dominant halına gələn Omicron variantının alt qrupu olan XBB-yə görə, EMA vaksinlərin yenilənməsini tövsiyə edib.

EMA həmçinin Aİ ölkələrinə peyvənd kampaniyalarını davam etdirməyi və xalqa 3 və ya 4 ay fasilələrlə peyvənd edilməsini təklif edib.

NOCOMMENT.AZ