Aİ xarici agentlər haqqında qanunun qəbulundan danışıbbackend

Aİ xarici agentlər haqqında qanunun qəbulundan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın xarici agentlər haqqında qanunları və media standartları ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına mane olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kosun Aİ-nin Gürcüstandakı nümayəndəliyinin dərc etdiyi birgə bəyanatda deyilir.

“Bu addımlar Gürcüstanda demokratiyanın əsaslarını daha da sarsıdır. Bu cür hərəkətlər Avropa İttifaqının demokratiya, qanunun aliliyi və media plüralizmi kimi dəyərlərinə kökündən uyğun gəlmir və namizəd ölkədən gözlədiyimizdən çox uzaqdır”, – bəyanatda deyilir.

Martın sonunda Gürcüstan prezidenti Mixail Kavelaşvili keçmiş dövlət başçısı Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qarşı qaldırdığı iddianı Konstitusiya Məhkəməsindən geri götürüb.

Söhbət 2024-cü ilin mayında Gürcüstan parlamentinin qəbul etdiyi qanundan gedir. Sənəddə xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılması təklif edilirdi. Siyahıya gəlirləri 20%-dən çox xarici maliyyədən gələn hüquqi şəxslərin və ya KİV-lərin daxil edilməsi planlaşdırılırdı. Qanun fiziki şəxslərə şamil edilmir. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.