NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell ümid etdiyini bildirib ki, İspaniya gələcək beynəlxalq sülh konfransına ev sahibliyi edə biləcək və bu konfransda tərəflər gərginləşən Fələstin-İsrail münaqişəsindən çıxış yolu tapmağa çalışacaqlar. Onun sözlərinə görə, bu sammitin keçirilməsi mümkün qədər tez təşkil olunmalıdır.
“Borrel razılaşıb ki, hazırkı münaqişə beynəlxalq ictimaiyyəti iki dövlətin [İsrailin yanında müstəqil Fələstin] qərarını reallaşdırmaq üçün siyasi öhdəliklər götürməyə məcbur edir.
O, əlavə edib ki, Oslo razılaşmalarından 30 il sonra bu problemin həlli üçün çox az iş görülüb və ya heç nə edilməyib”, – hesabatda deyilir.