Aİ-yə xəbərdarlıq: Növbəti 2 il çətin olacaqbackend

Aİ-yə xəbərdarlıq: Növbəti 2 il çətin olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol Avropa ölkələrinin gələn qışda təbii qaz təchizatında çətinlik çəkə biləcəyi barədə xəbərdarlıq edib. 

NOCOMMENT.az xəbər verir ki, Birol bildirib ki, bəzi Aİ liderləri enerji böhranı qarşısında öz uğurlarına həddən artıq arxayındırlar.

O, “Bu qışdan sağ çıxdıq, amma qarşıdan daha bir qış gəlir. Xəbərdarlığım odur ki, gələn qış bu qışdan daha sərt keçə bilər” deyə açıqlama verib.

Birol Avropa ölkələrinin bu qış Rusiyadan boru kəməri qazı əvəzinə bazarlardan böyük miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) idxal edə bildikləri üçün şanslı olduqlarını bildirib.

NOCOMMENT.AZ