Ailə cinayəti: Kəsici alətlə özünü və arvadını doğradıbackend

Ailə cinayəti: Kəsici alətlə özünü və arvadını doğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuzda kişi arvadına və özünə ağır xəsarətlər yetirib.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.