Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdibackend

Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıda ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə “Facebook” hesabında məlumat paylaşıb.

“Onu Mingəçevirdə icra hakimiyyətində işləyən dövrdən tanıyırdım. Sakit, abırlı bir insan idi. Heç vaxt heç nədən şikayət etməzdi, heç nə istəməzdi, sadəcə salamlaşmağa, əhval tutmağa gələrdi. 26 fevral 1992-ci ildə Xocalıda ermənilər onun bütün ailəsini öldürmüşdülər. Heç vaxt o hadisələrdən danışmazdı, amma gözlərində dərin bir kədər var idi. Xocalını görmək istəyirdi, evinin qapısını açmaq arzusunda idi”, – deyə deputat bildirib.