Rusiya hərbi-sənaye kompleksinin (MİK) əsas sektorlarının artımı ötən il 2021-ci illə müqayisədə 30-40% təşkil edib.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyası Avropa İttifaqının Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin qəbul edilməsi ilə bağlı yaydığı sənəddə etiraf edib.
“2023-cü ildə müşahidə olunan sürətli artım hərbi-sənaye kompleksinə aid olan sənaye sahələrində – metal emalı, nəqliyyat, elektron, kompüter və optik cihazlar istehsalında qeydə alınıb. Bu sahələrdə artım 30-40% təşkil edib”, – sənəddə deyilir.