AK: “Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb”backend

AK: “Avropa hələ də Rusiya enerjisindən tam müstəqilliyə nail olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sözçüsü Erik Mamer etiraf edib ki, Avropa İttifaqı hələ də Rusiyanın enerji təchizatından tam müstəqilliyə nail olmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz hələ də bir qədər qaz idxal edirik. Amma biz artıq eyni təzyiqi yaşamırıq”, – deyə spiker qeyd edib.

Eyni zamanda, Aİ Kiyevdən Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı sazişin müddətini uzatmağı xahiş etməyi planlaşdırmır. Müqavilənin müddəti bu ilin sonunda başa çatır.

Bəzi Avropa ölkələri Rusiya qazının alınmasında digərlərinə nisbətən daha fəaldır. Beləliklə, 2024-cü ilin ilk dörd ayının nəticələrinə əsasən, Rusiya İspaniyaya LNG tədarükündə ikinci yeri saxlayıb.