AK partiya 22 yaşındabackend

AK partiya 22 yaşında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AK Partiya 2001-ci il avqustun 14-də Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılıb. Saysız-hesabsız seçki qələbələri qazanılıb,  irəliləyişlər əldə edilib. Demokratiyanı qorumaq üçün mübarizə aparılıb. 

NOCOMMENT.az xəbər verir ki, “İşığa açıq, qaranlığa bağlı” şüarı ilə başlanan yolda bu gün 21 il keçir.

Yeni və böyük Türkiyənin ilk addımlarının atıldığı tarix 14 avqust 2001-ci il idi. Ərdoğan AK Partiyanı qurarkən “Biz millətin ağası olmağa deyil, xidmətçisi olmağa gəlirik” demişdi. İlk imtahan 2002-ci ildə verildi. AK Partiya Qurulduğundan 15 ay sonra keçirilən ilk ümumi seçkilərdə təkbaşına hakimiyyətə gəldi. 

AK Partiya səslərini 3 dəfə artıraraq təkbaşına iqtidara gələn ilk partiya oldu.

Yarandığı gündən indiyədək 7 ümumi, 3 prezident, 4 yerli seçki və 3 ictimai səsvermə keçirilib. Ərdoğan və AK Partiya həmişə öndə olub.

2014-cü ildə bir ilk oldu.

İlk dəfə olaraq prezidenti parlament yox, xalq seçdi. Ərdoğan 2014-cü il avqustun 10-da xalqın səsi ilə Türkiyənin 12-ci prezidenti oldu.

AK Partiya 21 illik iqtidarında demokratiyanı qorumaq üçün bir çox sınaqlardan keçdi. O, darbe, Gəzi hadisələri, 17-25 dekabr polis/məhkəmə çevrilişi ilə üzləşdi. FETÖ-nün 15 iyul çevriliş cəhdi xalqın dəstəyi ilə geri çəkildi.

Ərdoğan tez-tez siyasi səhnədə “vicdanın fəryadı, xalqın vicdanı olmaq istəyirik” deyib. Tətbiq edən deyil, empatiyan bir Türkiyə siyasəti yürütdü. 

Xatırladaq ki, Ərdoğan 2023-cü ildə – Cümhuriyyətin 100-cü ildönümündə yenidən prezident seçilib.

AK Partiyanın yeni hədəfi 2024-cü il yerli seçkilərdə sandıqlardan qalib çıxmaqdır.