AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədirbackend

AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətində olduğunu bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacağam”, – deyə o bildirib.

AK rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcək və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlar.