Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə AK daxilində Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bənzər bir casusluq xidməti yaratmaq tövsiyə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Finlandiyanın eks-prezidenti Sauli Niinistonun hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, belə bir xidmətin məqsədi bütün Avropa qitəsinin paytaxtlarında fəaliyyət göstərən diversantları və xarici agentləri müəyyən etmək ola bilər.
“Çətin ki, Brüssel tezliklə yüksək riskli missiyalarda iştirak üçün ən yaxşı və ən parlaq namizədləri seçməyə başlayacaq – üzv dövlətlər Aİ-nin icra hakimiyyətinin etibarsızlığına istinad edəcəklər”, – nəşrin müəllifləri qeyd edirlər.