AK Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmasının faydalarını açıqlayıbbackend

AK Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmasının faydalarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildən Ukrayna ərazisindən Rusiya qazının tranzitinin dayandırılması Avropa Komissiyası üçün faydalıdır, çünki bu, ona hələ də bu növ yanacaq almağa davam edən Macarıstan və Slovakiyaya təzyiq göstərmək üçün yeni imkanlar verəcək.

NOCOMMENT.az xəbər verir ki,bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən yazır.

“Avropa Komissiyası bu ölkələri 2025-ci ildən etibarən Almaniya və ya İtaliyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə keçməyə dəvət etmək niyyətindədir”, – deyə mənbə bildirib.

Belə olan halda bu ölkələrdə qazın qiyməti artacaq ki, bu da Brüsselin Macarıstan və Slovakiyaya iqtisadi təsirini artıracaq.

Martın 6-da Ukrayna Energetika Nazirliyi 2024-cü ilin sonunda müqavilələrin müddəti başa çatdıqdan sonra Rusiya təbii qazının ölkə ərazisindən Avropaya nəqlinin davam etdirilməsinə imkan verəcək hər hansı kommersiya sazişini istisna etdiyini bildirib.

Bir gün əvvəl Ukraynanın Qaz Nəqliyyat Sisteminin Operatorunun rəhbəri Dmitri Lippa iddia edib ki, Ukrayna tərəfi avropalı tərəfdaşlar xahiş edərsə, Rusiyadan qazın nəqlini təmin etməyə davam etməyə hazırdır. Bir gün əvvəl analoji bəyanatla Ukraynanın baş naziri Denis Şmıqal çıxış edib.