Avropanın daxili bazar üzrə komissarı Thierry Breton ABŞ prezidentliyinə namizəd Donald Trampla müsahibənin yayımı ərəfəsində amerikalı iş adamı İlon Maska məktub göndərərək, ona “zərərli məzmun”a görə məsuliyyət barədə xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Böyük auditoriya da böyük məsuliyyətlə gəlir. Bütün dünyada böyük auditoriyanı əhatə edən hadisələrlə əlaqədar AB-də potensial zərərli məzmunun gücləndirilməsi riski olduğundan, mən İlon Maska məktub göndərdim”, – Breton X -də yazıb.
O, Maska zərərli məzmunun vaxtında çıxarılması, eləcə də məlumatların təqdim edilməsində plüralizmin təmin edilməsi ilə bağlı Avropa Rəqəmsal Xidmətlər Aktını xatırladıb.