AK Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyibbackend

AK Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

AK mətbuat xidmətinin məlumatına görə, Ukrayna bu ödəniş üçün tələb olunan islahat öhdəliklərinin doqquz bəndinin hamısını qənaətbəxş şəkildə yerinə yetirib.

Qeyd olunur ki, makromaliyyə yardımının ikinci tranşı Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra köçürüləcək.