Akademiyaya yeni prorektor təyin olunubbackend

Akademiyaya yeni prorektor təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, 53 yaşlı Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir.