Akar: Fitnə və fəsada imkan yoxdurbackend

Akar: Fitnə və fəsada imkan yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsində həyat normallaşana qədər işlərin sürətlə davam edəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Ramazan ayının ilk iftarını Mehmetçiklə Hatayda edən Akar dünən iftar üçün Yayladağı rayonunda zəlzələdən zərərçəkənlərlə görüşüb.

İftardan sonra danışan Akar, “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra dövlətin ilk andan vətəndaşlarının köməyinə qaçdığını bildirib.

“Dövlətimiz, millətimiz bir yumruq, bir ürək kimi sizinlədir. Nə bədbinlik, nə pislik, nə də fitnə və fəsada yer yoxdur” deyə Akar açıqlamasında qeyd edib.

NOCOMMENT.AZ