Akar: Terrorçular qan ağlayır, çaxnaşma içindədirlərbackend

Akar: Terrorçular qan ağlayır, çaxnaşma içindədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AK Partiyadan Kayseri millət vəkili namizədi olan Milli Müdafiə naziri Hulusi Akar vətəndaşlarla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Akar çıxışında Türkiyənin sənayedən turizmə, mədəniyyətdən sənətə qədər bir çox sahədə inkişaf etdiyini, Kayserinin də bu inkişafdan öz payını aldığını və davam etdiyini bildirib.

Böyüyən və inkişaf edən Türkiyəni layiq olduğu yerlərə çatdırmaq üçün işləri davam etdirdiklərini ifadə edən Akar, müdafiə sənayesində əldə edilən məqamın çox əhəmiyyətli olduğunu vurğulayıb.

Güclənən Türkiyənin qarşısındakı maneələri tamamilə aradan qaldırmaq üçün çalışdıqlarını bildirən Akar, “İraqın şimalındakı Zap və Qarada terrorçuların qanı ağlayır. Çaxnaşma içindədirlər, yox olacaqlar. Yeganə ümidləri seçkidir. “Bizim dəstəklədiyimiz, göstəriş verdiyimiz siyasətçilər hakimiyyətə gəlib bizi xilas edəcəklər” deyirlər. Onların yeganə gözləntisi budur.”

NOCOMMENT.AZ