Akar Yunanıstanın müdafiə naziri ilə telefonla danışbackend

Akar Yunanıstanın müdafiə naziri ilə telefonla danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, Yunanıstanın müdafiə naziri Panagiotopoulos zəlzələlərlə bağlı yenidən başsağlığı verib.

Nazir Hulusi Akar da Yunanıstanda çox sayda insanın həyatını itirdiyi qatar qəzası ilə bağlı bir daha başsağlığı verib.

Akar, həmçinin Panagiotopoulos tərəfindən göndərilən başsağlığı mesajı və Yunanıstanın böyük dağıntılara səbəb olan və Respublika tarixinin ən böyük fəlakətləri arasında yer alan 6 fevral zəlzələləri ilə bağlı göstərdiyi həmrəyliyə təşəkkür edib.

Yazılı açıqlamaya görə nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan bir gündəm hazırlamaq barədə razılığa gəliblər.

NOCOMMENT.AZ