Akardan Ramazan bayramı mesajıbackend

Akardan Ramazan bayramı mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli müdafiə naziri Hulusi Akar Ramazan bayramı münasibətilə paylaşdığı mesajda bütün fəal və təqaüdçü üzvlərin bayramını təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, milli-mənəvi dəyərlərimizin incəliklə yaşadıldığı bayramlar sevgi, hörmət, tolerantlıq və sədaqət hisslərimizin gücləndiyi çox özəl günlərdir deyə o qeyd edib:

“Xalq olaraq hamımızı dərindən sarsıdan böyük zəlzələ və digər təbii fəlakətlər səbəbindən bu Fitr bayramını kədərli bir vəziyyətdə keçiririk. İtkilərimiz çoxdur, ağrımız dərindir. Ancaq ümidsizliyə, bədbinliyə qapılmadan yaraların sağalması, həyatı normallaşdırmaq üçün ilk gündən dövlətimizin bütün qurum və təşkilatları ilə koordinasiyalı şəkildə çiyin-çiyinə səylərimizi davam etdiririk. Millət olaraq tarix boyu üzləşdiyimiz bütün fəlakət və çətinliklərin öhdəsindən gələ bildiyimiz kimi, bu fəlakətin gətirdiyi mənfilikləri də birlik və həmrəylik içində aradan qaldırırıq.”

NOCOMMENT.AZ