Akardan Türkiyə-Suriya danışıqları ilə bağlı bəyanatbackend

Akardan Türkiyə-Suriya danışıqları ilə bağlı bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Müdafiə naziri Hulusi Akar Türkiyə ilə Suriya arasında 11 il sonra başlayan danışıqlarla bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Akar Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonran jurnalistlərin suallarını cavablandırarkən çıxış edib.

“Türkiyə ilə Suriya arasında aparılan danışıqları şərh edən nazir  “Ümidimiz qarşılıqlı danışıqlar yolu ilə inkişaf edərək regionda sülh və sabitliyə töhfə verməkdir” dedi.

Jurnalistin prezident Ərdoğanın Ukrayna-Rusiya müharibəsi ilə bağlı atəşkəs çağırışı və tərəflərin buna münasibəti ilə bağlı sualına nazir Akar Türkiyənin müharibənin qarşısını almaq üçün göstərdiyi səyləri yenidən xatırlatdı.

Türkiyənin bu istiqamətdə olan səylərinə bəzilərinin məhəl qoymadıqlarını tənqid edən Akar, “Prezidentimizin, Türkiyənin taxıl dəhlizi, əsir mübadiləsi və digər mövzularda göstərdiyi səylər çox dəyərlidir. Bunlar NATO, AB və Avropa üçün əhəmiyyətli işlərdir. Atəşkəs olmalıdır, müharibə tez bir zamanda dayanmalıdır: Bəzən belə hallar nəzarətdən çıxır və gözlənilməz istiqamətlərə gedə bilir. Bunların qarşısını almaq üçün Prezidentimiz həm humanitar, həm siyasi, həm də beynəlxalq münasibətlər baxımından regional sülhü düşünərək, xoş niyyətlə çağırışlarını davam etdirir.” deyə qeyd edib.