Akkuyu Atom Elektrik Stansiyasından zəlzələ şərhibackend

Akkuyu Atom Elektrik Stansiyasından zəlzələ şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayda dünən axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələdən sonra Akkuyu Nüvə izahat verdi.

NOCOMMENT-in məlumatına görə, Mersində hiss edilən son zəlzələdən sonra Akkuyu AES yerində sürətli araşdırma aparıldı. Akkuyu Nüvə tərəfindən aparılan yoxlama nəticəsində hər hansı bir anormallıq və ya dağıntı aşkar edilmədi.

Akkuyu Nüvədən verilən açıqlamada, ərazidə tikinti və montaj işlərinin davam etdiyi bildirilib.

Akkuyu Nüvə Türkiyədəki zəlzələlərdən zərər çəkənlərə dəstəyini davam etdirir.