Akopyan: Nəzarəti itirmişik, Azərbaycan ordusu bu yöndə irəliləyirbackend

Akopyan: Nəzarəti itirmişik, Azərbaycan ordusu bu yöndə irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan qoşunları Sünik (Zəngəzur) bölgəsindəki varlığını genişləndirir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə Dirçələn Ermənistan partiyasının lideri Vahe Akopyan çıxış edib.

Akopyan Azərbaycan hərbi qüvvələrinin Cermuk rayonunun Qoryak kəndi (Dərələyəz) istiqamətində mövqelərini gücləndirdiyini, irəlilədiyini də iddia edib.

Onun fikrincə, Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir: “Məsələni artıq bizim baxışdan hərbi yolla həll etmək mümkün kimi görünmür. Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Mən də Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgərinin bölgədə olduğunu təsdiqləməyə davam edirəm, indi orada yerləşdirilib”.