Aksiyanın 23-cü günü: fəallıq müşahidə edilirbackend

Aksiyanın 23-cü günü: fəallıq müşahidə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 23 gündür davam edir.

NOCOMMENT.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının ərazidə fəallığı müşahidə olunur.

Onlar axşam saatlarında da Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.