AKTA-ya yeni icraçı direktor təyin edilibbackend

AKTA-ya yeni icraçı direktor təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib.

NOCOMMENT.az bu barədə “Report”a istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə Rauf Cabarova həvalə edilib.

Bildirilir ki, həmçinin AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq, İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, İdarə Heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl R.Cabarov AKTA-nın İdarə heyətinin sədrinin müavini olub. O, bu vəzifədə Elvin Balacanovu əvəz edib.