Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
NOCOMMENT.az xəbər verir ki, ATU-nun Mətbuat katibi Günel Aslanova APA-ya deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:
“Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
16.25
Aktyor Azər Baxşəliyev vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən aktyor bu gün xəstəxanada vəfat edib.
A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi, donor axtarılırdı.