Aktyor Donald Sazerlend 88 yaşında vəfat edibbackend

Aktyor Donald Sazerlend 88 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə vəfat edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, aktyorun ölümünə dair məlumatı iyunun 20-də oğlu Kifer Sazerlend sosial şəbəkə hesablarında paylaşıb.

“Atam Donald Sazerlendin vəfat etdiyinə dair məlumatı ürək ağrısı ilə sizinlə bölüşürəm. Şəxsən mən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm”, – Kifer Sazerlend qeyd edib.

50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend 140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996; 2003) mükafatlarının və fəxri Oskar laureatıdır.