Avropa Rusiya ilə mümkün açıq qarşıdurmaya fəal şəkildə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Aptı Alaudinov danışıb.
Alaudinovun sözlərinə görə, Qərbin müdafiə sənayesi müəssisələri artıq sutkalıq — üç növbəli iş rejiminə keçib ki, bu da ciddi hazırlıq niyyətlərinin göstəricisidir.
“Qərb ölkələrinin orduları intensiv şəkildə yeni hərbçilərlə gücləndirilir və bu şəxslər məqsədyönlü şəkildə döyüş əməliyyatlarına hazırlanır. Belə şəraitdə biz arxayınlaşa bilmərik”, — deyə o bildirib.