Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta səfər ediblərbackend

Alban-Udi Xristian Dini İcmasının üzvləri Hadruta səfər ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alban-Udi Xristian Dini İcmasının üzvlərinin işğalından azad edilən ərazilərə növbəti səfəri başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, icma üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Ağxaç kilsəsini ziyarət ediblər.

Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

İcma üzvləri kilsədə dini ayin icra edib, şam yandırıblar.

Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.