Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblərbackend

Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xristian vətəndaşları Xocavəndin Hadrut qəsəbəsinə səfər ediblər.

NOCOMMENT xəbər verir ki, səfər Pasxa münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Alban-Udi xristian icmasının üzvləri əvvəlcə Xocavənd rayonunun, Hadrut qəsəbəsinin Çinarlı kəndində yerləşən Ağxaç kilsəsini ziyarət ediblər.

İcma üzvləri kilsədə dini ayinlərini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udi xristian dini icmasının üzvləri gün ərzində Xocavənd rayonunun Tuğ və Hadrut qəsəbəsi ərazisində yerləşən digər kilsələri ziyarət edəcəklər.