Albaniyanın Britaniyadakı yeni səfirinin qeyri-qanuni miqrant olduğu üzə çıxıbbackend

Albaniyanın Britaniyadakı yeni səfirinin qeyri-qanuni miqrant olduğu üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Albaniyanın Böyük Britaniyaya təyin olunmuş səfiri Uran Ferizi 1998-ci ildə krallığa qeyri-qanuni yollarla daxil olub və mənsubiyyəti barədə yalan danışıb.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə “Daily Mail” mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ferizi gizli şəkildə yük maşını ilə Britaniyaya daxil olub, daha sonra Kosovadakı müharibədən qaçdığını və doğum tarixini saxtalaşdıraraq sığınacaq üçün müraciət edib.

Britaniya hakimiyyət orqanları onun işinə baxdığı müddətdə o, britaniyalı xanımla evlənməyə vaxt tapıb və nəticədə ölkədə müddətsiz yaşamaq üçün icazə alıb.

DM yazır ki, Ferizi Oksfordda təhsil alıb, daha sonra JP Morgan-ın London filialında maliyyə analitiki kimi çalışıb və ABŞ-da elmi araşdırmalar aparıb. O, heç vaxt diplomatik xidmətdə olmayıb, lakin Albaniya hökuməti ilə sıx əlaqədə olub.

Qeyd olunur ki, qeyri-leqal mühacir kimi Uran Ferizi Britaniya hökuməti ilə qeyri-leqal miqrasiya məsələsi üzrə əməkdaşlıq etməli olacaq.