Aldığı telefon “oğurlanmış telefon” çıxdıbackend

Aldığı telefon “oğurlanmış telefon” çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirdə məşhur texnologiya mağazasından telefon alan 59 yaşlı Ali Gün ifadə verməyə çağırılarkən həyatının şokunu yaşayıb.

NOCOMMENT xəbər verir ki, mobil telefonunun oğurluq telefon olduğunu öyrənən Ali Gün mağazanı məhkəməyə verdi, lakin ikinci şoku firmanın açdığı qarşı dava ilə yaşadı. Mağaza məhsul qüsurunun 6 ay ərzində tərəflərə bildirilmədiyi əsası ilə açdığı dava ilə, öncəki məhkəmənin qərarı ləğv edilib.

İşin uduzması nəticəsində həm pulunu, həm də telefonunu itirən vətəndaş həm məhkəmə xərcləri, həm də vəkillik xərcləri ilə yüklənib.