Aleksander Stubb: “Rusiyaya dair bütün məlumat məndədir, amma, bu yuxumu pozmur”backend

Aleksander Stubb: “Rusiyaya dair bütün məlumat məndədir, amma, bu yuxumu pozmur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Prezidenti Aleksander Stubb Fransız KİV-lərinə açıqlamasında bildirib ki, Rusiyaya dair “bütün kritik məlumata” sahib olsa da, rahat şəkildə yuxuya gedə bilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle portalı yazır.

“Rusiyaya dair bütün kritik məlumata sahib olan yeganə finlandiyalı mənəm, amma buna baxmayaraq, sakit yatıram”, – deyə Finlandiya lideri vurğulayıb.

O əlavə edib ki, Finlandiya sakinləri də ümumilikdə “Rusiyadan gələn daimi təhdid” fonunda özlərini sakit və taraz hiss edirlər, çünki NATO-nun təhlükəsizliyini təmin etmək missiyalarını anlayırlar.