Aleksandr Lukaşenko 6-cı dəfə prezident kimi fəaliyyətə başlayıbbackend

Aleksandr Lukaşenko 6-cı dəfə prezident kimi fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

NOCOMMENT Avropa mediasına istinadən xəbər verir ki, bu gün Müstəqillik Sarayında A.Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, mətbuat orqanlarının rəhbərləri, idman, mədəniyyət və elm xadimləri var.

Belarus Respublikası Konstitusiyasına müvafiq olaraq, A.Lukaşenko əvvəlcə and içib. And içdikdən sonra Lukaşenko 6-cı müddətə prezident kimi vəzifəsinin icrasına başlayıb. Belarusda prezidentin səlahiyyət müddəti 5 ildir.