Aleksandr Merejko – Vaşinqton sammitində Ukraynanın NATO-ya dəvət olunması ehtimalı azdırbackend

Aleksandr Merejko – Vaşinqton sammitində Ukraynanın NATO-ya dəvət olunması ehtimalı azdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alyansın iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitində Ukrayna çətin ki, NATO-ya üzv olmaq üçün dəvət alsın.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Defence News” portalına Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejko məlumat verib.

“Biz bilirik ki, çox güman ki, NATO-ya üzv olmaq üçün dəvət almayacağıq”, – deyə Merejko bildirib və Ukrayna tərəfinin “əvəzində” nə alacağı ilə maraqlandığını vurğulayıb.

Sammitin əsas mövzusu Ukraynaya yardım olacaq. Jurnalistlər ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan iyirmiyə yaxın müttəfiqi və tərəfdaşı ilə sammitdə tədbir keçirəcəyini bildiriblər.