Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu – FOTObackend

Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq.

NOCOMMENT.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün “X” hesabında yazıb.

Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək.

Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.