Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdibackend

Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan “Azadlıq” Radiosunun Erməni Xidmətinə müsahibəsində deyib.

Spiker həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib:

“Buna səbəb həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT-nin 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi”.

A. Simonyan eyni zamanda həm Ermənistan, həm də Azərbaycana düşmən olan ölkələrin sülh danışıqlarının dalana dirənməsini istədiyini açıqlayıb:

“Biz Ermənistan və Azərbaycan arasında sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Hər iki ölkəyə düşmən mövqedə olan dövlətlər məhz bunu istəyirlər” – A. Simonyan belə deyib.

Sonda Erməni spiker tərəflər arasında sülh müqaviləsinin imzalanmasının “3+3” formatı çərçivəsində reallaşması təklifinə də toxunub:

“Hesab edirəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Lakin başa düşmürəm ki, hazırda mövcud olan variantdan başqa üsul nəyə lazımdır”.