Alen Simonyan: Ermənistan heç bir vaxt KTMT-dən çıxmaq barədə danışmayıbbackend

Alen Simonyan: Ermənistan heç bir vaxt KTMT-dən çıxmaq barədə danışmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan heç bir vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb, amma İrəvan təşkilatın ölkəyə qarşı münasibətindən narahatdır”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, “Azərbaycan hər gün atəşkəs rejimini pozur, nəticədə insanlar ölür. Amma KTMT-nin bəzi passivliyi, eləcə də bəzi müttəfiqlərimizin rəsmi bəyanatları Ermənistanda təşkilata qarşı ictimai əhvali-ruhiyyənin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub”.

“Biz heç bir vaxt KTMT-dən çıxmaqla bağlı bəyanatlar verməmişik, KTMT-nin regionu tərk etdiyini demişik, bundan da çox narahatıq. Belə görünür ki, Ermənistan ərazisi KTMT üçün bərabər strateji əhəmiyyətə malik deyil – hazırda əsas diqqət Şərqi Avropa regionuna və Mərkəzi Asiyaya yönəlib”, – deyə Ermənistanın qanunverici orqanının spikeri bildirib.