Ermənistan Milli Assambleyasının (MM) sədri Alen Simonyan cümə günü Dublində Portuqaliya Assambleyasının (parlament) sədri Auqusto Santos Silva ilə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, tərəflər regiondakı vəziyyət problemləri müzakirə ediblər.
Silva bölgədəki vəziyyətdən xəbərdar olduğunu bildirib və həlak olanların yaxınlarına başsağlığı verib. O, vəziyyətin yumşaldılması və həll yolunun tapılmasında dəstəyini göstərməyə hazır olduğunu bildirib.
Görüşün sonunda Ermənistan parlamentinin sədri Silvanı Ermənistana dəvət edib.