Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni təyinat olub.
NOCOMMENT.az-ın məlumatına görə, 39 yaşlı Həsənov Sədrəddin Səfər oğlu Ali Məclis sədrinin köməkçisi təyin edilib.
Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovdur.
Qeyd edək ki, 1995-ci ildən Naxçıvan MR-in Ali Məclisinin sədri olan Vasif Talıbov 2022-ci ilin dekabr ayında sədrlikdən istefa verib. (Unikal.az)











