Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı qərar verdibackend

Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayrı-ayrı vətəndaşlara 2 milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, keçmiş deputatın borclu olduğu şəxslərdən biri – Təranə Fətəliyeva Ali Məhkəmədən də qalib çıxıb. Məlumat üçün deyək ki, Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Bundan başqa, keçmiş deputatın Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar, Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Təranə Fətəliyeva daxil adıçəkilən vətəndaşlar həm də Baş Prokurorluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əldə etdiyimiz məlumata görə, artıq Rafael Cəbrayılovun borclu olduğu şəxslərin ifadələri alınıb.

Başqa bir məlumatda deyilir ki, cinayət işi başlandıqdan sonra Rafael Cəbryaılov əmlaklarını satışa çıxarıb. Ehtimal edilir ki, həbs təhlükəsi ilə üzləşdiyini görən keçmiş deputat, nəhayət, borclarını qaytarmaq istəyir. Amma bunu Rafael Cəbrayılovun vaxt udmaq cəhdi kimi dəyərləndirənlər də var. Çünki bundan əvvəl də keçmiş deputat borclulara əmlakını satışa çıxardığını bildirmişdi.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd edilir ki, keçmiş deputata bütün məhkəmə instansiyalarında qalib gələn borc sahibləri onun əmlakına həbs qoyulması məsələsini qaldıra bilərlər.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoymuşdu. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirmişdilər. Olay ictimai rezonansa səbəb olmuş və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalmışdı.