Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb – FOTObackend

Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi Nigar Rəsulbəyovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

NOCOMMENT.az bildirir ki, Ali Məhkəmənin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Nigar Rəsulbəyovanın uzun illər müxtəlif instansiya məhkəmələrində çalışdığını, 2007-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb.

Nigar Rəsulbəyova da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda Nigar Rəsulbəyova “Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı” ilə təltif olunub.

  • Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb - FOTO

 

Buna da baxın

Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minirbackend
Sosial
Bankda əmanəti olanlara ŞAD XƏBƏR: Avqustun 1-dən QƏRAR qüvvəyə minir