Ali məktəb tələbələrinin yarıdan çoxu təqaüd alırbackend

Ali məktəb tələbələrinin yarıdan çoxu təqaüd alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022/2023-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 64,6 min tələbə təhsil alıb, onların 61,9 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən NOCOMMENT.az-a verilən xəbərə görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 222,8 min nəfər olub ki, onların da 50,1 faizini qadınlar təşkil edib.

2022-ci ildə ali təhsilin bakalavr səviyyəsinə 50,5 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 51,3 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 51,9 faizi təqaüd alır.