Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlanıbbackend

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il ali məktəblərə dövlət sifarişli ixtisasların sayı 21 799 olub”.

NOCOMMENT.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə məlumat verib.

DİM sədri qeyd edib ki, dövlət sifarişli yerlərin 9 290-ı I qrup, 4 115-i II qrup, 4 256-sı III qrup, 2 625-i IV qrup, 1 513-ü isə V qrupa ayrılıb.

“Bu il ali məktəbə qəbul olan abituriyentlərin sayı 42 731, subbakalavrların sayı 5 785 olub. Dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 20 799, subbakalavrların sayı 779 olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 21 932, subbakalavrların sayı 5 006 olub. I qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 13 090, subbakalavrların sayı 1 995 olub. Həmin qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 8 811, ödənişli yerlərə qəbul olanların sayı 4 279, dövlət sifarişli yerlərə qəbul olunan subbakalavrların sayı 179, ödənişli yerlərə qəbul olanların sayı 1 816 olub. II qrupa qəbul olunan abituriyentlərin sayı 10 641, subbakalavrların sayı 3 322 olub. Həmin qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 3 991, subbakalavrların sayı 416 olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 6 650, subbakalavrların sayı 2 906 olub. III qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 11945, subbakalavrların sayı 42 olub. Bu qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 4 219 olub, dövlət sifarişli yerlərə qəbul olan subbakalavr olmayıb. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 7 726, subbakalavrların sayı 42 olub. IV qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 3 506, subbakalavrların sayı 372 olub. Bu qrupda dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 2 351, subbakalavrın sayı 183, ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 1 155, subbakalavrların sayı 189 olub. V qrupa qəbul olunan abituriyentlərin sayı 3 549, subbakalavrların sayı 54 olub. Bu qrupda dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 1427, 1 subbakalavr olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 2122, subbakalavrların sayı isə 53 olub”, – deyə DİM sədri qeyd edib.