Ali məktəblərə daxil olan şəxslərin NƏZƏRİNƏ!backend

Ali məktəblərə daxil olan şəxslərin NƏZƏRİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 nəfər (o cümlədən 779 subbakalavr) dövlət sifarişi əsasında, 21 932 nəfər (o cümlədən 5 006 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.