Ali məktəblərə ixtisas seçimi yekunlaşırbackend

Ali məktəblərə ixtisas seçimi yekunlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır. İxtisas seçimi avqustun 28-də saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən NOCOMMENT-ə bildirilib ki, avqustun 26-da saat 10-a olan məlumata görə, 58 114 ərizə təsdiq edilib.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər.

Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.