Ali məktəblərə qəbul olunanların qeydiyyatı başa çatıbbackend

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşıb.

NOCOMMENT xəbər verir ki, qeydiyyat portal.edu.az platforması üzərindən aparılıb.

Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu gün həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti də başa çatır. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.