Ali məktəblərin açılması barədə qərar veriləcəkbackend

Ali məktəblərin açılması barədə qərar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevralın 1-dən etibarən 2 həftə ərzində təhsillə bağlı növbəti qərarlar veriləcək”.

NOCOMMENT-in xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”.