Ali məktəblərin boş qalan yerlərinə qəbulla bağlı VACİB QƏRARbackend

Ali məktəblərin boş qalan yerlərinə qəbulla bağlı VACİB QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) NOCOMMENT-ə verilən məlumata görə, ixtisas seçimi 2 oktyabr saat 23:59-dək davam edəcək.

Abituriyentlərin nəzərinə çatdırılır ki, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.