Ali təhsil müəssisələrinin işçilərini attestasiya gözləyirbackend

Ali təhsil müəssisələrinin işçilərini attestasiya gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali təhsil sahəsi işçilərinin attestasiyası həyata keçiriləcək.

NOCOMMENT-in əldə etdiyi məlumata görə, bu, “Ali təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qeyd edək ki, sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.

Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək.