Ali Yerlikaya: Türkiyədən 2017-ci ildən bəri 915 mindən çox suriyalının ölkəsinə qayıdışı təmin edilibbackend

Ali Yerlikaya: Türkiyədən 2017-ci ildən bəri 915 mindən çox suriyalının ölkəsinə qayıdışı təmin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədən 2024-cü il dekabrın 9-dan bəri 175 min 512 suriyalının ölkələrinə qayıdışı təmin olunub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə statistikanı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Nazir Suriyada Əsəd rejiminin devrilməsindən sonra “könüllü, təhlükəsiz, ləyaqətli və nizamlı geri dönüş” prosesinin sürətləndirildiyini vurğulayıb:

“Ötən il dekabrın 9-dan etibarən, 175 min 512 suriyalı qardaşımız öz ölkəsinə qayıdıb. Bu, 33 min 730 ailə deməkdir. 2017-2025 illər arasında isə ümumilikdə Suriyaya qayıdanların sayı 915 min 515 nəfər olub”.

Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizəsinə toxunan A.Yerlikaya 2023-cü ildə 130 mindən çox, 2024-cü ildə isə 140 min əcnəbinin ölkədən deportasiya edildiyini deyib:

“2025-ci ilin geridə qalan dövründə 27 min 673 qeyri-qanuni miqrant deportasiya olunub. 2023-cü il iyunun 1-dən 2025-ci il aprelin 11-nə kimi deportasiya edilən qeyri-qanuni miqrantların ümumi sayı təqribən 260 min nəfər olub”.